Ana içeriğe atla

Yeni Başlayanlar üçün

 

Təməl Linux Sistem Məlumatları

 

  • pwd : Olduğunuz faylı göstərir

  • whoami : Hansı istifadəçidə olduğunuzu göstərir (root, əli, vəli və s.)
  • uname -a : Sistemin kernel məlumatını verir
  • ps aux : Sistemdə işləyən servisləri göstərir
  • ps aux | grep root : Sistemdə root olaraq işləyən servisləri göstərir
  • users : Sistemdəki istifadəçiləri göstərir
  • ifconfig : Sistemdəki şəbəkə(network) ayarlarını və IP adresini göstərir
  • history : Terminala əvvəldən girilən bütün komandaları göstərir
  • passwd : İstifadəçinin şifrəsini dəyişdirmək üçündür

Təməl Şəbəkə Məlumatları

 

   Şəbəkə nədir?

Şəbəkə sadəcə cihazların bir-birilə əlaqə qurması və müəyyən edilmiş məlumatların paylaşılması deməkdir.

  

   IP adresi nədir?

IP adresi (ingiliscə İnternet Protocol Address), cihazların şəbəkə üzərindən digər cihazlar ilə veri alış-verişi etməsi üçün istifadə etdikləri bir adresdir. 

 

  DNS nədir?

Saytların IP adresini tutan bir dəftər olaraq düşünün, məsələn  hansısa sayta daxil olmaq istədikdə bəzən daxil ola bilmirik, bir çox səbəbdən baş verə bilir bu, məsələn sayt hansısa səbəbdən IP blokluyur, biz də bu zaman fərqli DNS istifadə edib sayta daxil oluruq.

 

OSİ Modeli

 

Model OSİ Model OSİ Open Systems Interconnection basic reference model – Açıq sistemlərin qarşılıqlı əlaqəsi üçün əsas istinad modelidir. 1983-cü ildə qüvvəyə minib. Praktikada istifadə olunmur. Ama nəzəri baxımnan, öyrənmək üçün, və şəbəkə problemlərini diaqnostika etmək üçün çox faydalıdır. Model 7 səviyyədən ibarətdir. 

6c31f228115f96435f28331da583203f.png

Cədvəldə beynəlxalq dildə və bizim dildə göstərilib. Hər səviyyədə özünə məxsus ölçü vahidi qeyd olunub. Səviyyələr arasında qarşılıqlı əlaqə prinsipini başa düşmək üçün bu sxemə baxaq.
4ed67ccdaa3cfc624c84c88fb564d164.png
Xost1 və Xost2 hər hansı avadanlığlarımızdı. Xost1 məlumatları Tətbiq etmə səviyyəsinə göndərir.O isə öz növbəsində Prezentasiya səviyyəsinə ötürür və s. Və cavab olaraq Xost2-dən məlumatlar geri qayıdır. Məlumatın ötürmə yeri hər hansısa naqil KAT5 və ya KAT6 ethernet kabelidir.

İndi isə gəlin Model OSİ səviyyələri haqqında danışaq:

7ci Tətbiq etmə səviyyəsi(Application) 
Tətbiqlər,proqramlar ilə istifadəçinin qarşılıqlı əlaqəsini qurur: http, https, ftp protokolları və s İnformasiya növü – məlumat. Qeyd edək ki,internet explorer,Chrome,Opera,Mozilla kimi brauzerlər tətbiq etmə deyil.

6cı Prezentasiya səviyyəsi(Prezentation)
 Məlumatın formatına cavabdehdir: Məsələn bu şəkil, video, şifrələnmə və s.ola bilir. İnformasiya növü – məlumat

5ci Seans səviyyəsi (Session)
 Əlaqənin yaradılmasına cavabdehdir Seansın yaradılmasını və bitməsini idarə edir İnformasiya növü – məlumat

4cü Transport səviyyəsi
 Məlumatların çatdırılmasıni yerinə yetirir. Çatdırılma qarantiyalı və ya qarantiyasız ola bilir. Yəniki, birdən məlumatlar çatdırıla bilməsə onlar yenidən göndərilir. İnformasiya növü – Seqment və ya Dataqrammadır. Seqment qaraniyalı çatdırılma üçün.

3cü Şəbəkə səviyyəsi (Network)
 Məntiqi ünvanlama, adresləmə həyata keçirir. İP- adreslər ilə işləyir. Avadanlığ: Marşrutizator (router) İnformasiya növü – paket

2ci Kanal səviyyəsi (Data Link)
 Fiziki ünvanlama, adresləmə həyata keçirir. MAC- adreslər ilə işləyir. Məlumatın başlanma və sonunu qərarlaşdırır. Avadanlığ: Kommutator (switch), şəbəkə kartı. İnformasiya növü – kadr, freym

1ci Fizikal səviyyəsi (Physical) Bitləri göndərir və alır. Məlumatın ötürülmə yeri ilə işləyir. Məsələn ,optik kabel, mis kabel. Məlumatları siqnal şəkilində təqdim edir. Məlumatların bir nöqtədən başqa nöqtəyə ötürmə və qəbuletməsinə cavabdehdir. Umumiyyətlə bildiyimiz kimi siqnal 0 və 1-lər şəkilində ötürülür.Və 1 yüksək siqnal 0 isə kiçik siqnaldır.Amma 0 siqnalın olmamağı anlamına gəlməz. Məsələn bir nöqtədən 5 volt bu 1, digər nöqtədə isə 1 volt bu isə 0 kimi başa düşülür. Fizikal səviyyənin borcudur ki, siqnal gələndə 5 voltu görəndə 1 kimi 1 voltu da görəndə 0 kimi qəbul etsin. Qarışdırmasın. Avadanlığ: Xab, antenn Wi-Fi İnformasiya növü – bit

Bu blogdaki popüler yayınlar

Zərərli Proqram Təminatları (Malware-lər)

  Zərərli Proqram Təminatları   ( Mal icious Soft ware s/ Malware) Viruslar Öz-özünü kopyalaya bilən və yayılaraq sistemi dəyişdirə bilər proqram təminatlarıdır. Yəni hər malware virus deyil. Başladılmağa ehtiyacları var ; Bu başlatmaq o demək deyil ki, yalnız qurban tərəfindən olsun, hansısa proqram təminatı tərəfindəndə ola bilər. Başladılana qədər səssiz gözləyirlər. Virus növü Funksiyası Boot                            Əməliyyat sisteminin açılışında işləyərək özünü yükləyir. Web Scripting Veb saytları və brauzerindəki boşluqları istismar edir. Hijacker                                   ...

Kiber Təhlükəsizlik nədir? Nə deyildir?

  KİBER TƏHLÜKƏSİZLİK   Kiber Təhlükəsizlik nədir? Nə deyildir?   Kiber Təhlükəsizlik nədir?   İnformasiya   və informasiya bazalarının hansısa informasiyaya zərər vermə fəaliyyətlərinə qarşı qorunmasıdır. Bu zərər vermə fəaliyyətlərinə hər şey aiddir: informasiya itirmək, icazəsiz giriş, oğurluq və s. hər şey ola bilər. İnformasiya çox geniş olduğu üçün hamıya aid olur. Şəxsi, Şirkətlər, Dövlətlər üçün   ·        Şəxsi üçün: Təhlükəsiz hiss etmək, şəxsi məlumatları qorumaq və gizliliyi təmin etmək üçün ·        Təşkilat və şirkətlər üçün: Kritik sistemlərin iş davamiyyətini təmin etmək və məlumat sızmasının qarşısını almaq ·        Dövlətlər üçün: Vətəndaş, təşkilat və dövlət sistemlərinin kiber hədəqorxulara qarşı qorunması, məlumatların pozulmasının qarşısının alınması Gizlilik + Bütövlük + Əlyetənlik = Kiber Təhlükəsizlik   Kiber ...

Şəbəkə

  Şəbəkə Protokolları Protokol -eyni adlı səviyyədə (eyni layerdə) informasiya mübadiləsinin idarə olunması qaydasıdır.Yəni, müxtəlif tipli, müxtəlif əməliyyat sistemli kompüterlərin  ünsiyəti nəticəsində ortaya uyğunluq problemi çıxır. Bu problemi aradan qaldırmaq məqsədi ilə informasiya mübadiləsinin təşkili üçün vahid qaydalar, yəni vahid standart (protokol) işlənmişdir. Kompüterlər arasında əlaqə səviyyələrin (layerlərin) protokollarının mübadiləsi vasitəsi ilə yerinə yetirilir.Hər bir səviyyənin protokollarına bir sıra tələblər qoyulur.Bu tələblərin yerinə yetirilməməsi protokolun fəaliyyətinin dayandırılması və bütün sistemin işinin sona çatmasına gətirir.Qoyulan tələblər arasında ən vacibi imtinalara qarşı dayanıqlıq xassəsidir.Bu xassə protokolların ayrı-ayrı aparat və proqram vasitələrinin imkanlarına qarşı yüksək dayanıqlığını təmin edir.Protokolun qoyulan tələblərə uyğun gəlməsini yoxlamaq üçün onu sınaqdan keçirirlər.Bu sınaq  ratifikasiya  adlanır.Ra...