Ana içeriğe atla

Windows-da fayllar tamamən silmək


 
Windows-da fayl və ya qovluqları sildiyinizdə bu onu tamamən silməz. Təbii ki, hər kəs standart əmr olan “delete”-dən istifadə edərək silir və bildiyiniz kimi sildiyimiz hər şeyi geri qaytarmaq şansımız da var. Məntiqlə düşünən hər bir şəxs anlayır ki, geri qaytarıla bilən bir şey tamamən silinməmişdir. Belə ki, Windows bizim sil əmrimizdən sonra bu dosyaları silməz və sistemə “bu sahə boşdur və istifadəyə hazırdır” mesajı verir. Bunu köhnə telefonlarınızda hər yeni gələn zəngdən sonra ən birinci nömrənin silinməsi kimi ifadə etmək olar. Sərt diskdə yer azaldıqca silinmiş kimi bildiyimiz fayllar həqiqətən silinərək bu klasterləri yenilərinə buraxırlar. Bu səbəbdən biz sildiyimiz faylları hələ yerlərini yenilərinə verməyiblərsə geri qaytara bilirik. Hər zaman geri qaytarılmasını istəmədiyimiz fayllar və qovluqlar olmaya bilər. Bəs necə edək ki, sildiyimiz fayllar və qovluqlar birdəfəlik yox olsun?

Bunun üçün Windows-da gizli bir proqram mövcuddur. Bu proqramın işə düşməsi üçün sadəcə bir əmr yazmağınız kifayətdir.

Windows düyməsi və R düyməsinə basaraq işə başlayaq.

Açılan işə sal pəncərəsinə aşağıdakı sətiri yazaq:

cipher /w:c (burada C silmək istədiyiniz diskin adıdır digər hallarda diskin adını başqa yaza bilərsiniz. Məsələn: cipher /w:D

Qeyd: 1. Əmri yazarkən boşluqlara diqqət edin!

 2. Əməliyyat zamanı hərhansı silinməmiş verilən itmir.

 3. Diskin böyüklüyündən asılı olaraq təmizləmə müddəti uzuna bilər.


Bu blogdaki popüler yayınlar

Zərərli Proqram Təminatları (Malware-lər)

  Zərərli Proqram Təminatları   ( Mal icious Soft ware s/ Malware) Viruslar Öz-özünü kopyalaya bilən və yayılaraq sistemi dəyişdirə bilər proqram təminatlarıdır. Yəni hər malware virus deyil. Başladılmağa ehtiyacları var ; Bu başlatmaq o demək deyil ki, yalnız qurban tərəfindən olsun, hansısa proqram təminatı tərəfindəndə ola bilər. Başladılana qədər səssiz gözləyirlər. Virus növü Funksiyası Boot                            Əməliyyat sisteminin açılışında işləyərək özünü yükləyir. Web Scripting Veb saytları və brauzerindəki boşluqları istismar edir. Hijacker                                   ...

Kiber Təhlükəsizlik nədir? Nə deyildir?

  KİBER TƏHLÜKƏSİZLİK   Kiber Təhlükəsizlik nədir? Nə deyildir?   Kiber Təhlükəsizlik nədir?   İnformasiya   və informasiya bazalarının hansısa informasiyaya zərər vermə fəaliyyətlərinə qarşı qorunmasıdır. Bu zərər vermə fəaliyyətlərinə hər şey aiddir: informasiya itirmək, icazəsiz giriş, oğurluq və s. hər şey ola bilər. İnformasiya çox geniş olduğu üçün hamıya aid olur. Şəxsi, Şirkətlər, Dövlətlər üçün   ·        Şəxsi üçün: Təhlükəsiz hiss etmək, şəxsi məlumatları qorumaq və gizliliyi təmin etmək üçün ·        Təşkilat və şirkətlər üçün: Kritik sistemlərin iş davamiyyətini təmin etmək və məlumat sızmasının qarşısını almaq ·        Dövlətlər üçün: Vətəndaş, təşkilat və dövlət sistemlərinin kiber hədəqorxulara qarşı qorunması, məlumatların pozulmasının qarşısının alınması Gizlilik + Bütövlük + Əlyetənlik = Kiber Təhlükəsizlik   Kiber ...

Şəbəkə

  Şəbəkə Protokolları Protokol -eyni adlı səviyyədə (eyni layerdə) informasiya mübadiləsinin idarə olunması qaydasıdır.Yəni, müxtəlif tipli, müxtəlif əməliyyat sistemli kompüterlərin  ünsiyəti nəticəsində ortaya uyğunluq problemi çıxır. Bu problemi aradan qaldırmaq məqsədi ilə informasiya mübadiləsinin təşkili üçün vahid qaydalar, yəni vahid standart (protokol) işlənmişdir. Kompüterlər arasında əlaqə səviyyələrin (layerlərin) protokollarının mübadiləsi vasitəsi ilə yerinə yetirilir.Hər bir səviyyənin protokollarına bir sıra tələblər qoyulur.Bu tələblərin yerinə yetirilməməsi protokolun fəaliyyətinin dayandırılması və bütün sistemin işinin sona çatmasına gətirir.Qoyulan tələblər arasında ən vacibi imtinalara qarşı dayanıqlıq xassəsidir.Bu xassə protokolların ayrı-ayrı aparat və proqram vasitələrinin imkanlarına qarşı yüksək dayanıqlığını təmin edir.Protokolun qoyulan tələblərə uyğun gəlməsini yoxlamaq üçün onu sınaqdan keçirirlər.Bu sınaq  ratifikasiya  adlanır.Ra...