Ana içeriğe atla

Bash Script sadə əmrlər və sintaksis



 Bash (Bourne Again Shell) - Unix üçün yazılmış shelldir. 1988-ci ildə Brian Fox tərəfindən yazılmağa başlamış və 1989-cu ildə beta versiya buraxılmışdır. Hal-hazırda Linux və Mac OS X əməliyyat sistemlərində susmaya görə istifadə edilən shelldir. Bash istifadəçi tərəfindən mətn şəklində verilən komandaları emal edir. Bash ilə shell skriptlər də yazmaq mümkündür.

Bu məqalədə sadə Bash skriptlər haqqında nümunələr paylaşacam:

Dəyişən

Mövcud olan hər bir proqramlaşdırma dilində dəyişənlər anlayışı mövcuddur - dəyərləri təyin edə, oxuya və idarə edə biləcəyimiz bir yaddaş üçün simvolik bir ad. Bash-dada bu istifadə edilir.

Qeyd edək ki, "=" işarəsi ətrafında boşluq olmamalıdır: VAR=dəyər işləyir; VAR = dəyər işləmir. Birinci halda, shell "=" simvolunu görür və əmrə dəyişən kimi baxır.

#!/bin/sh
MY_MESSAGE="Hello World"
echo $MY_MESSAGE
Bash

Shell dəyişənlərin növlərinə əhəmiyyət vermir; mətn, tam ədədləri, həqiqi ədədləri - istədiyiniz hər şeyi saxlaya bilərsiniz.

MY_MESSAGE="Hello World"
MY_SHORT_MESSAGE=hi
MY_NUMBER=1
MY_PI=3.142
MY_OTHER_PI="3.142"
MY_MIXED=123abc
Bash
Təkrarlanan əməliyyatlar Loops

Əksər dillərdə loop anlayışı var: əgər bir tapşırığı iyirmi dəfə təkrarlamaq istəyiriksə, hər dəfə bir az dəyişikliyə uğrayaraq iyirmi dəfə kodu daxil etmək istəmirik. Nəticə etibarilə Bourne shelində looplarda mövcuddur.

For Loops

Siyahı tükənənə qədər "for" dəyərlər dəsti ilə təkrarlanır:

#!/bin/sh
for i in 1 2 3 4 5
do
  echo "Looping ... number $i"
done
Bash

Nəticəsi:

Looping .... number 1
Looping .... number 2
Looping .... number 3
Looping .... number 4
Looping .... number 5
Bash
While Loops
#!/bin/sh
INPUT_STRING=hello
while [ "$INPUT_STRING" != "bye" ]
do
  echo "Please type something in (bye to quit)"
  read INPUT_STRING
  echo "You typed: $INPUT_STRING"
done
Bash

Burada nə yazılırsa yazılsın, "echo" və "read" ifadələri "bye" yazılayana qədər müddətsiz olaraq işləyəcəkdir.

Bu blogdaki popüler yayınlar

Zərərli Proqram Təminatları (Malware-lər)

  Zərərli Proqram Təminatları   ( Mal icious Soft ware s/ Malware) Viruslar Öz-özünü kopyalaya bilən və yayılaraq sistemi dəyişdirə bilər proqram təminatlarıdır. Yəni hər malware virus deyil. Başladılmağa ehtiyacları var ; Bu başlatmaq o demək deyil ki, yalnız qurban tərəfindən olsun, hansısa proqram təminatı tərəfindəndə ola bilər. Başladılana qədər səssiz gözləyirlər. Virus növü Funksiyası Boot                            Əməliyyat sisteminin açılışında işləyərək özünü yükləyir. Web Scripting Veb saytları və brauzerindəki boşluqları istismar edir. Hijacker                                   ...

Kiber Təhlükəsizlik nədir? Nə deyildir?

  KİBER TƏHLÜKƏSİZLİK   Kiber Təhlükəsizlik nədir? Nə deyildir?   Kiber Təhlükəsizlik nədir?   İnformasiya   və informasiya bazalarının hansısa informasiyaya zərər vermə fəaliyyətlərinə qarşı qorunmasıdır. Bu zərər vermə fəaliyyətlərinə hər şey aiddir: informasiya itirmək, icazəsiz giriş, oğurluq və s. hər şey ola bilər. İnformasiya çox geniş olduğu üçün hamıya aid olur. Şəxsi, Şirkətlər, Dövlətlər üçün   ·        Şəxsi üçün: Təhlükəsiz hiss etmək, şəxsi məlumatları qorumaq və gizliliyi təmin etmək üçün ·        Təşkilat və şirkətlər üçün: Kritik sistemlərin iş davamiyyətini təmin etmək və məlumat sızmasının qarşısını almaq ·        Dövlətlər üçün: Vətəndaş, təşkilat və dövlət sistemlərinin kiber hədəqorxulara qarşı qorunması, məlumatların pozulmasının qarşısının alınması Gizlilik + Bütövlük + Əlyetənlik = Kiber Təhlükəsizlik   Kiber ...

Şəbəkə

  Şəbəkə Protokolları Protokol -eyni adlı səviyyədə (eyni layerdə) informasiya mübadiləsinin idarə olunması qaydasıdır.Yəni, müxtəlif tipli, müxtəlif əməliyyat sistemli kompüterlərin  ünsiyəti nəticəsində ortaya uyğunluq problemi çıxır. Bu problemi aradan qaldırmaq məqsədi ilə informasiya mübadiləsinin təşkili üçün vahid qaydalar, yəni vahid standart (protokol) işlənmişdir. Kompüterlər arasında əlaqə səviyyələrin (layerlərin) protokollarının mübadiləsi vasitəsi ilə yerinə yetirilir.Hər bir səviyyənin protokollarına bir sıra tələblər qoyulur.Bu tələblərin yerinə yetirilməməsi protokolun fəaliyyətinin dayandırılması və bütün sistemin işinin sona çatmasına gətirir.Qoyulan tələblər arasında ən vacibi imtinalara qarşı dayanıqlıq xassəsidir.Bu xassə protokolların ayrı-ayrı aparat və proqram vasitələrinin imkanlarına qarşı yüksək dayanıqlığını təmin edir.Protokolun qoyulan tələblərə uyğun gəlməsini yoxlamaq üçün onu sınaqdan keçirirlər.Bu sınaq  ratifikasiya  adlanır.Ra...