Ana içeriğe atla

Kayıtlar

Cyber Security etiketine sahip yayınlar gösteriliyor

Kiber Təhlükəsizlik

​ Kiber təhlükəsizlik nədir? Kiber təhlükəsizlik kompüterlərin, serverlərin, mobil qurğuların, elektron sistemlərin, şəbəkələrin və məlumatların ziyankar hücumlardan qorunması təcrübəsidir. İnformasiya texnologiyaları təhlükəsizliyi və ya elektron məlumat təhlükəsizliyi kimi də tanınır. Bu termin, biznesdən mobil qurğularla hesabalamalaradək müxtəlif kontekstlərdə tətbiq olunur və bir neçə ümumi kateqoriyaya bölünə bilər. • Şəbəkə təhlükəsizliyi - kompüter şəbəkəsinin hədəflənmiş təcavüzkarların və ya təsadüfi ziyankar proqramların müdaxilələrindən mühafizə edilməsidir. • Proqram təhlükəsizliyi proqram təminatının və qurğuların təhlükələrdən mühafizə edilməsidir. Təhlükəyə məruz qalmış proqram qoruması nəzərdə tutulmuş verilənlərə daxil olmağa imkan verə bilər. Uğurlu təhlükəsizlik layihələndirmə mərhələsində, hər hansı bir proqram və ya qurğu istifadə edilməzdən çox əvvəl başlayır. • İnformasiya təhlükəsizliyi həm saxlanılan, həm də göndərilən verilənlərin bütövlüyünü və məxfiliyini q